SON XƏBƏR: Hindistan da nüvə raketi buraxdı

Hindistan da nüvə raketi buraxdı

Dünyanın gözü son vaxtlar ardıcıl nüvə raket sınaqları keçirən Şimali Koreyada olduğu halda, dünən daha bir ölkə ballistik raketi sınaqdan keçirib.

IctimaiRey.az Hindistan dünən nüvə silahı daşıya bilən raketi sınaqdan keçirdiyini açıqlayıb.

Hindistan Müdafiə Nazirliyindən verilən açıqlamada dünən axşam saatlarında Aqni-4 ballistik raketinin Odişa sahillərindən atıldığı bildirilib. Rutin təlim çərçivəsində atılan raketin 4 kilometr uzaqlıqdakı hədəfləri vura bildiyi açıqlanıb.

Müdafiə Nazirliyi bəyan edib ki, bu sınaq ölkənin çəkindirmə qabiliyyətini nümayiş etdirib.

Ötən il orta mənzilli raketi də sınaqdan keçirən ölkə son zamanlar strateji raketlərini modernləşdirir. Hindistan mart ayında texniki nasazlıq nəticəsində Pakistan ərazisinə raketin təsadüfən buraxıldığını açıqlamışdı.

Comments are closed.

Tərcümə »