ABŞ prezidenti Bayden bildirib ki, Çin Tayvana hücum edərsə, onlar hərbi yolla cavab verəcəklər.
ABŞ prezidenti Bayden bildirib ki, Çin Tayvana hücum edərsə, onlar hərbi yolla cavab verəcəklər.
Birləşmiş Ştatların Tayvanın özünü müdafiə etməsinə kömək etmələrini tələb edən qanunu var. Lakin oradan Çinin Tayvana hücumu zamanı ABŞ-ın necə davranacağı bəlli deyil.
Qeyd edək ki? ABŞ-ın Tayvanla rəsmi diplomatik əlaqələri yoxdur, lakin Tayvan Münasibətləri Aktına əsasən, ABŞ-ın Tayvana adada özünü müdafiə etməsi təmini üçün, ona silah vasitələri satır.
ABŞ Çinlə rəsmi əlaqələr saxlayır və həmçinin Çinin yalnız bir Çin hökumətinin olması mövqeyini diplomatik şəkildə tanıyır.
Çin və Tayvan niyə pis münasibətdədir?
Çin və Tayvan 1940-cı illərin vətəndaş müharibəsi zamanı bölünüb. O vaxtdan bəri Tayvan özünü müstəqil ölkə hesab edir, lakin Çin adanı nə vaxtsa lazım gələrsə, zorla geri alınacaq separatçı əyalət kimi görür.
Tayvan necə idarə olunur?
Adanın öz konstitusiyası, demokratik yolla seçilmiş liderləri və 300 minə yaxın hərbi qulluqçusu var.
Tayvanı kim tanıyır?
Yalnız bir neçə ölkə Tayvanı tanıyır. Əksəriyyət Pekində Çin hökumətini tanıyır.