SON DƏQİQƏ: Bill Qeyts koronavirusa yoluxub

“Microsoft”un qurucusu Bill Qeyts “Twitter” səhifəsində COVID-19 testinin müsbət çıxdığını bildirib. İş adamında virusun yüngül simptomları var və sağalana qədər özünü təcrid etmək niyyətindədir.

Bill Gates 2021-ci ilin yanvarında koronavirusa qarşı peyvənd olunub və peyvəndin gücləndirici dozasını alıb. Onun hansı peyvəndi istifadə etdiyi açıqlanmayıb. İş adamı həmçinin əlavə edib ki, o, “test və əla tibbi xidmətə çıxışı var”.

Milyarder COVID-19-un yayılmasının qarşısını almaq üçün, peyvənd və sanitar tədbirlərə ehtiyac olduğunu dəfələrlə bəyan edib. O, növbəti pandemiyanın “onlarla dəfə” daha pis ola biləcəyindən qorxur.

Comments are closed.

Tərcümə »