Sakinlər təhlükə ilə üz-üzə: Bakıda narkomanların yeni məskəni haradır? – VİDEO

Paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsində inşası yarımçıq qalan beşmərtəbəli bina narkotik aludəçilərinin məskəninə çevrilib.

Bu barədə yaxınlıqda yaşayan sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, belə vəziyyət uzun müddətdir ki, davam edir.

Xəzər TV-nin əməkdaşları da ərazidə çəkiliş edərkən narkomanların istifadə edərək tulladıqları şprislərə rast gəliblər. Artıq polis əməkdaşları binanı ciddi nəzarətə götürüblər.

Qeyd edək ki, baxımsız vəziyyətdə qalan bu bina təxminən 15-20 il əvvəl tikilməyə başlayıb. Sonradan isə inşası yarımçıq qalıb.

Daha ətraflı süjetdə:

 

 

Comments are closed.

Tərcümə »