SON DƏQİQƏ: Polşada rus səfirinə hücum ediblər – FOTO

Rusiyanın Polşadakı səfiri Sergey Andreyev bazar ertəsi Varşavanın Zvirki və Viqura küçələrində sovet əsgərlərinin hərbi xatirə qəbiristanlığına gül qoymağa cəhd edərkən hücuma məruz qalıb.

İctimairey.az TASS-a istinadən xəbər verir.

Rusiya Federasiyasının səfiri, həyat yoldaşı və onu müşayiət edən bir qrup diplomat qırmızı boya ilə boyanıblar və abidəyə getməyə icazə verilməyib. Bir neçə dəqiqə sonra hadisə yerinə gələn polis diplomatları mühasirəyə alaraq, maşına mindirməyə kömək edib.Посол России в Польше прокомментировал нападение | Новости | Известия |  09.05.2022

Səfir qəbiristanlığa Rusiya bayrağı ilə diplomatik avtomobillə gəlib. Maşından düşəndən sonra o, əvvəllər Ukrayna bayraqları, qırmızı boyalı vərəqlər və anti-Rusiya şüarları ilə bu abidəyə toplaşan aqressiv izdihamla əhatə olunub. Həmin an meydanda polis olmayıb. Diplomatlar bir neçə addım ata biliblər, lakin izdiham onlara daha irəli getməyə imkan verməyib.

Qəbiristanlığa gül-çiçəklə gələn digərləri isə qışqırıblar ki, guya onların əsgərlərin xatirəsini yad etməyə, Qələbə bayramını qeyd etməyə ixtiyarı yoxdur.

Rusiya səfiri hadisə zamanı özünün və rusiyalı diplomatların ciddi xəsarət almadığını bildirib.

Comments are closed.

Tərcümə »