Tərtər rayon sakininin avtomobilində mənşəyi məlum olmayan 120 kiloqram ət məhsulu aşkarlanıb

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 8-də saat 14 radələrində Yasamal rayonu ərazisində Tərtər rayon sakini Elgiz Kərimovun idarə etdiyi “Mercedes” markalı avtomobil saxlanılıb.

İctimairey.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən  bildiriblər ki, avtomobilə baxış zamanı mənşəyi məlum olmayan 120 kiloqram ət məhsulu aşkarlanıb.

Faktla bağlı polis əməkdaşları tərəfindən akt tərtib olunub. Həmin ət məhsulu yoxlanılması üçün Qida Təhlükəsizliyi Agentliyinə təhvil verilib.

Comments are closed.

Tərcümə »