“Rusiyanın vəhşiliyindən dəhşətə gəldim” – Britaniyanın XİN başçısı

“Rusiyanın vəhşiliyindən, Luqanskda orta məktəbi bombalamasından dəhşətə gəldim”.

IctimaiRey,az  bildirir ki, Britaniyanın xarici işlər naziri Elizabet Trass Twitter-dəki akkauntunda Ukraynanın Luqansk vilayətindəki Beloqorovka qəsəbəsində yerləşən orta məktəbin bombalanması nəticəsində 60 nəfərin həlak olmasını belə şərh edib.

“Mülki şəxslərə və mülki infrastruktura bilərəkdən, qəsdən zərbələrin endirilməsi hərbi cinayətə bərabərdir. Putin rejiminin məsuliyyətə cəlb olunmasını təmin edəcəyik”, – E.Trass yazıb.

Dağıntılar altından 30 nəfər çıxarılıb. Onların 7 nəfəri yaralıdır.

Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti dağıntılarda xilasetmə işlərinin davam etdiyini bildirib.

Comments are closed.

Tərcümə »