Oleksiy Juravko Zelenskinin Xersonu yer üzündən silmək planlarını açıqlayıb

0

Ukrayna Ali Radasının keçmiş deputatı Oleksiy Juravko bildirib ki, Ukrayna rəhbəri Vladimir Zelenski Rusiyanın nəzarətinə keçən Xersonu məhv etmək üçün, bütün tədbirləri görür. O qeyd edib ki, RF Silahlı Qüvvələri buna imkan verməyəcək.

Qeyd olunur ki, rus hərbçiləri bütün Xersonu və Zaporojye vilayətinin bir hissəsini nəzarətə götürüb. Bölgələrdə mülki-hərbi idarələr formalaşdırılır, Rusiya televiziya və radio kanalları yayımlanır, ticarət sistemi bərpa olunur.

“Ukraynalı millətçilər Nikolaevdən hər gün Xersonu və bölgəni atəşə tuturlar. […] Zelenski şəhəri yer üzündən silmək məqsədi güdən mülki əhalini məhv etmək üçün, cinayət əmrləri verir və əgər şəhəri qorumağa başlayan Rusiya ordusu və hava hücumundan müdafiə sistemi olmasaydı, Kiyev rejimi öz vəhşi planlarına nail ola bilərdi”, – deyə  Juravko vurğulayıb.

Dövlət Dumasının Krım vilayətindən olan deputatı Mixail Şeremet bir müddət əvvəl demişdi ki, Krım və Ukraynanın cənub vilayətləri əsasında yeni federal dairənin yaradılması “tarixi cəhətdən əsaslandırılacaq”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »