Rusiyanın Sibir vilayətinin Krasnoyarsk şəhərinin kənd ərazilərində baş verən meşə yanğınları ilə əlaqədar Minusinsk şəhərində fövqəladə vəziyyət elan edilib.
Rusiyanın Sibir və Uzaq Şərq bölgələrində son aylarda başlayan yerli yanğınlara yanğınsöndürənlər müdaxilə etməyə çalışarkən, Krasnoyarsk bölgəsində yanğınlar nəzarətsiz hala düşüb.
Rusiya Fövqəladə Hallar Nazirliyi kənd yerlərində meşə yanğınlarının artdığını açıqlayıb və bildirib ki, “Bu gün Krasnoyarsk vilayətinin Minusinsk şəhərində baş verən meşə yanğınları Znamenka, Ozero Taqarskoye və Luqavskoye kəndlərinin yaşayış məntəqələrinə də keçib. İndiyədək ölən və yaralananlar qeydə alınmayıb. İlkin məlumata görə, meşə yanğınları 250 hektar ərazini əhatə edib. Yanğının söndürülməsi üçün, Fövqəladə Hallar Nazirliyinin 235 nəfər canlı qüvvəsi 61 texnika işləyir”.
Fövqəladə vəziyyət elan edilib
Minusinsk şəhərində fövqəladə vəziyyətin elan edildiyi bildirilib və “Minusinsk vilayətinin Minusinsk, Ozera Taqarskoye və Luqavskoye kəndlərində baş verən meşə yanğınları ilə əlaqədar Rusiya Fövqəladə Hallar Nazirliyinin sədrliyi fövqəladə vəziyyətin tətbiqinə qərar verib”.
TƏXİYYƏ HAZIRLIQ
Minusinsk vilayət administrasiyasından verilən digər açıqlamada bildirilib ki, Minusinsk, Ozera Taqarskoye və Luqavskoye kəndlərində sakinlər təxliyyə olunacaq və bunun üçün təxliyyə avtobusları hazırlanıb. Bildirilib ki, kənd sakinləri Səlivanıxa kəndində salınacaq müvəqqəti yaşayış sahələrinə köçürüləcək. Digər tərəfdən, bölgədə bəzi evlərin alov içində qaldığı, ot örtüyü olan yerlərdə yanğının başladığı və böyüyən alova da helikopterlərlə müdaxilə edildiyi bildirilir.