Deputat Tiqran Abramyan:  Ermənistanı da alacaqlar ki, insanlar bunu başa düşsünlər?

0

Ermənistan hakimiyyəti ayağa qalxaraq açıq mətnlə bəyan edib ki, onlar Artsaxın gələcəyini Azərbaycanın bir hissəsi kimi görürlər. İnsanlar ailələrini bu türklərdən qorumaq üçün, necə İrəvana gəlməsinlər? Bu barədə parlamentin “Mənim şərəfim var” fraksiyasından olan deputat Tiqran Abramyan özünün “Facebook” səhifəsində yazıb.

“Deyirlər ki, bugünkü mitinqdə Artsax xalqı da iştirak etməyə gəlib. Əgər etməsələr, çox təəccüblü olardı. Əgər hansısa artsaxiyalı küçədə baş verən bu prosesə heç bir şəkildə dəstək verməsə, çox qəribə olar.

Ermənistan hakimiyyəti ayağa qalxaraq açıq mətnlə bəyan etdi ki, onlar Artsaxın gələcəyini Azərbaycanın bir hissəsi kimi görürlər. İnsanlar ailələrini bu türklərdən qorumaq üçün, necə İrəvana gəlməsinlər?

Əliyevin bəyanatlarını izləyənlər artıq bilirlər ki, yaxın illərdə Sünik (Meğri), Geqarkunik (Göyçə), Vayots Dzor (Dərə-Ləyz), Ararat (Eçmizəddin) və Tavuş bölgələri üçün də real təhlükə yaranacaq. Üstəlik, iki gün əvvəl Əliyev birbaşa ölkəsinin İrəvana iddialarından danışıb.

Onlara başqa necə demək olar ki, Artsaxdan sonra Ermənistanı alacaqlar ki, insanlar bu sadə həqiqəti başa düşsünlər? Bu təkcə Artsax xalqını qorumaq məsələsi deyil. Bu təhlükə Ermənistanda yaşayan istənilən adamın başı üzərindədir. Deməli, Artsax və Süniki müdafiə etməklə biz bütün Ermənistanı müdafiə edirik”, – o yazıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »