İliya Darçiaşvili: Prezident İlham Əliyevin Gürcüstan-Azərbaycan dostluğunun inkişafında mühüm rolu var

lk rəsmi səfərimi Azərbaycana etmək mənim üçün şərəfdir. Prezident İlham Əliyevin Gürcüstan-Azərbaycan dostluğunun inkişafında mühüm rolu var

İctimairey.az xəbər verir ki, bunu sözləri Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili aprelin 27-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşdən sonra keçirilən brifinqdə deyib.

Ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin olduğunu bildirən gürcü nazir inandığını bildirib ki, bu münasibətlər bundan sonra da möhkəmlənəcək.

Azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdə regionun sabit inkişafına xidmət edən məsələlərə diqqət yetirildiyini qeyd edən İliya Darçiaşvili bildirib: “Biz regionun inkişafı üçün sülhə əhəmiyyət veririk. Ölkələrimiz bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. Əminik ki, birgə səylərlə bütün çətinliklərin öhdəsindən gələ bilərik”.

Comments are closed.

Tərcümə »