Türkiyənin Daxili İşlər Nazirliyi Şırnak bölgəsində yeni anti-terror əməliyyatlarına başlayıb.
İctimaiRəy.az xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyatlarda 581 polis və jandarma qüvvələri cəlb olunub.
“Eren Abluka-5 Şəhid Jandarma Er Şakir Elkovan” adlı əməliyyat əsasən Qabar dağı bölgəsində aparılacaq.
Artıq ilk saatlarda PKK yaraqlılarına məxsus mağaralarda xeyli sayda kustar üsulla hazırlanan bombalar və silah-sursat aşkar edilib.