2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,7 dəfə artaraq 298,5 min nəfər olmuşdur.
İctimairey.az Dövlət Statistika Komitəsinə itinadən xəbər verir ki, İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 5,1 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı 2,6 dəfə, Türkiyəyə gedənlərin sayı 2,6 dəfə, Gürcüstana gedənlərin sayı isə 2,3 dəfə artmışdır.
Ölkə vətəndaşlarının 44,5 faizi Türkiyəyə, 18,7 faizi Rusiya Federasiyasına, 12,9 faizi İrana, 8,0 faizi Gürcüstana, 15,9 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 66,4 faizini kişilər, 33,6 faizini qadınlar təşkil etmişdir.
2022-ci ilin yanvar-mart aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 58,4 faizi hava, 39,2 faizi dəmir yolu və avtomobil, 2,4 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.