“Azərbaycan xalqının qələbəsi Pakistanda da qeyd edilib”.
Zafer Tv xəbər verir ki, bunu Pakistan Milli Assambleyanın sədri Əsəd Qeysər Azərbaycan-Türkiyə-Pakistan parlament sədrlərinin birinci üçtərəfli görüşündə çıxışı zamanı deyib.
O bildirib ki, Bakıda spikerlərlə görüşdə iştirak etməkdən məmnunluq duyur.
Ə.Qeysər 44 günlük Vətən müharibəsində qazandığı qələbəyə görə Azərbaycan xalqını təbrik edib:
“Bizə xoşdur ki, Pakistan bayrağı Azərbaycan və Türkiyə bayraqları arasında dalğalanır”.
Qeyd edək ki, Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlament nümayəndə heyətlərinin üçtərəfli formatda birgə görüşü keçirilir. //modern//