Rusiyalı ikiqat olimpiya çempionu beynəlxalq yarışlardan kənarlaşdırılıb

0

Rusiyanın tanınmış üzgüçüsü Yevgeni Rılov 9 ay müddətinə bütün beynəlxalq yarışlardan kənarlaşdırılıb.

İctimairey.az xəbər verir ki, bu barədə Beynəlxalq Üzgüçülük Federasiyasının (FINA) İntizam Komitəsi qərar çıxarıb.

Cəza aprelin 20-dən qüvvəyə minib. İkiqat olimpiya çempionu martın 18-də Krım və Sevastopolun ilhaqı ilə bağlı “Lujniki” stadionundakı tədbirdə iştirak etdiyi üçün sanksiyaya məruz qalıb.

Bundan əlavə, Rusiya və Belarus üzgüçüləri Ukraynadakı vəziyyətlə əlaqədar 2022-ci ilin sonunadək FINA-nın təşkilatçılığı ilə keçiriləcək yarışlara buraxılmayacaq.

Qeyd edək ki, Yevgeni Rılov Tokio-2020 Yay Olimpiya Oyunlarında iki qızıl medal əldə edib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »