Ukraynanın “Müxalifət Platforması – Həyat naminə” partiyasının rəhbəri Viktor Medvedçuk Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenskiyə onun hərbçilərə və Mariupol sakinlərinə dəyişdirilməsi təklifi ilə müraciət edib.
Bundan əvvəl Medvedçukun həyat yoldaşı Oksana Marçenko Vladimir Putinə müraciət edərək ərini azad etmək üçün kömək istəyib. O, iki İngilis muzdlusu ilə dəyişdirilməsini istəyib. Onun sözlərinə görə, mübadilə və Rusiya Federasiyası ərazisinə ekstradisiyaya siyasətçinin özü razılıq verib.
Britaniyalı məhbuslar Consondan onları Medvedçukla dəyişməyi xahiş ediblər
Öz növbəsində təslim olan britaniyalılar, Sean Pinner və Aiden Aslin, Medvedçukun mübadilələrinə kömək etmək xahişi ilə Britaniyanın baş naziri Boris Consona müraciət ediblər. Müraciətlərində qeyd ediblər ki, onlarla yaxşı rəftar olunur, qidalandırılır, su verilir.
İki britaniyalı məhbus onları Ukraynada saxlanılan “Müxalifət Platforması – Həyat Naminə” partiyasının siyasi şurasının rəhbəri Viktor Medvedçukla dəyişdirmək xahişi ilə baş nazir Boris Consona müraciət edib.