Bu gündən etibarən qəhrəman Türk Silahlı Qüvvələrimiz İraqın şimalından xalqımıza və təhlükəsizlik qüvvələrimizə qarşı törədilən terror aktlarını aradan qaldırmaq və sərhəd təhlükəsizliyimizi təmin etmək məqsədi ilə terrorçu hədəflərə qarşı “Pəncə-Qıfıl” (Pençe Kilit) əməliyyatına başlayıb.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.
“Hazırlanan plan çərçivəsində həyata keçirilən əməliyyatda ilk olaraq Metina, Zap və Avaşin-Basyan bölgələrindəki terror hədəfləri hava qüvvələrimiz tərəfindən atəşə tutuldu. ATAK helikopterlərimiz və PUA-ların dəstəyi ilə qəhrəman komandolarımız qurudan sızaraq və hava hücumu əməliyyatı ilə bölgəyə daxil oldu. Hələlik əməliyyatımız planlaşdırıldığı kimi uğurla davam edir. Birinci mərhələdə qarşıya qoyulan hədəflərə nail olunub”, – Akar bildirib.