“Ukrayna hərbçiləri Roqan şəhərini ruslardan azad edib”.
Bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib.
“Roqan rus işğalçılarından azad edilib və həyata qayıdır.
Bu gün deputatlar və şəhər rəhbəri ilə birlikdə dağıntı yerlərini araşdırdıq, sakinlərlə söhbət etdik. İşğal zamanı yerli infrastruktura ciddi ziyan dəyib:
binaların təxminən 50%-i damsız, 70%-i pəncərəsiz qalıb, 27-si mərmilərin birbaşa dəyməsi nəticəsində yanıb. Dokuçayevskoye kəndində bir çox yaşayış binaları dağıdılıb.
Bir gün əvvəl burada elektrik enerjisinin verilişi bərpa olunub, su və qaz təchizatının bərpası istiqamətində işlər aparılır”, – deyə Sinequbov bildirib.