SON DƏQİQƏ! Ukrayna Rusiya şəhərlərinə hücuma keçdi: VİDEO

0

Ukraynaya məxsus iki döyüş helikopteri Rusiya Federasiyasının hava məkanına daxil olaraq Bryansk vilayətində yaşayış evlərinə azı altı zərbə endirib. 

IctimaiRey.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin yaydığı məlumatda bildirilib.

Rusiya Federasiyasının İstintaq Komitəsi Bryansk vilayətində yaşayış məntəqəsinin atəşə tutulması faktı ilə bağlı cinayət işi açıldığını bəyan edib.

“Onlar aşağı hündürlükdə hərəkət edərək, bilərəkdən Bryansk vilayətinin Klimovo qəsəbəsində yaşayış evlərinə azı 6 hava zərbəsi endiriblər”, – İstintaq Komitəsinin “Telegram” kanalında məlumat verilib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »