ABŞ Kosmik Komandanlığı (USSC) 2014-cü ildə başqa bir ulduz sistemindən olan bir obyektin Yerə düşdüyünü açıqlayıb. Papua-Yeni Qvineya səmasında alov topuna çevrilən meteorun parçalarının Sakit Okeanın cənubuna səpələndiyi təxmin edilir.
2I/Borisov və ‘Oumuamua kometası Günəş Sistemində görülüb, lakin Yerlə yaxın təmasda olmayıb. Ölçüsü ilə bu qorxulu ikilinin əksinə olaraq, USSC tərəfindən elan edilən meteorun diametrinin yalnız santimetrlə ifadə edilə biləcəyi bildirilir.
İlk dəfə 2017-ci ildə ‘Oumuamua ilə birlikdə başqa bir ulduz sistemindən bir meteorun Günəş sisteminə çatdığı aşkar edilib. USSC-nin bəyanatı bu tarixi üç il geri çəkib.
1 mart 2022-ci il tarixli qeyddə Harvard Universitetinin akademikləri Amir Siraj və Avi Loebin ‘Oumuamua’nın aşkarlanmasından və araşdırmalarından sonra, birlikdə yazdıqları, lakin heç bir akademik jurnalda dərc olunmayan məqaləyə istinad bildirilmişdir.
Həyacan doğuracaq: YENİ
Independent Turkish-nin xəbər verdiyi xəbərə görə; Galileo Layihəsində astrofizika araşdırmalarını davam etdirən Əmir Sirac da Vice-ə bu meteoritlə bağlı hazırladıqları məqaləni 2019-cu ildə çapda dərc edə bilməyəcəklərini söyləyib. O, həm Amerika rəsmilərinin məlumatı gizlətməsinin, həm də tapdıqlarının təəccüblü yeniliyinin buna səbəb olduğunu vurğulayıb:
“Ola bilsin ki, başqa bir ulduzdan material Yerə gəlib və mən onun harada olduğunu bilməkdən həzz alıram. Mən Papua-Yeni Qvineya sahillərində okean dibini araşdırmağın mümkün olub-olmadığını yoxlayacağam və mən artıq bu barədə başqaları ilə danışıram.”
Səpələnmiş parçaları tapmağın çətin olduğunu da ifadə edən Sirac, hər ehtimala qarşı, bu araşdırmanın edilməsi lazım olduğunu vurğulayıb.