Özünü öldürmək istəyən qız xəstəxanaya yerləşdirildi

0

Dağüstü parkda özünü hündürlükdən atan qız təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib.

Mərkəzin Mətbuat xidmətindən verilən məlumata görə, 1999-cu il təvəllüdlü gənc qız aprelin 11-də saat 11:15-də təcili olaraq KTM-in Reanimasiya şöbəsinə yerləşdirilib.

“Müayinələri aparılıb. Diaqnozu sağ bazu sümüyünün orta üçdə birinin yerdəyişən, sol bud sümüyünün aşağı üçdə birinin sınığı və bədənin müxtəlif nahiyələrində küt travmanın olması olub. Hazırda huşu aydındır, vəziyyəti isə ağır-stabil olaraq qalır”, – məlumatda deyilir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »