Azərbaycan XİN-in Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nə dair məlumatı

0

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 10 aprel 2022-ci il tarixində Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni, həmçinin onların nəticələrini tanımır.

Azərbaycan Xarici İşlər Nazirliyi Tsxinvali məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir.

Cənubi Osetiya və Abxaziya məsələsi

1992-1993-cü illərdə Gürcüstanla Rusiyanın dəstəklədiyi separatçılar arasında silahlı münaqişə olub.

Nəticədə Abxaziya və Cənubi Osetiya birtərəfli qaydada Gürcüstandan müstəqilliklərini elan ediblər.

2008-ci ildə Moskva Abxaziya və Cənubi Osetiyanın qondarma müstəqilliyini tanıyıb. Bundan sonra, Gürcüstan Rusiya Federasiyası ilə diplomatik əlaqələri kəsib. İsveçrə Tbilisi ilə Moskva arasında münasibətlərdə vasitəçi rolunu öz üzərinə götürüb.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »