“Sputnik Meedia”nın keçmiş əməkdaşları Yelena Çerışeva və Mati-Dmitri Terestal Estoniyada saxlanılıblar. Onlar beynəlxalq sanksiyaları pozmaqda şübhəli bilinirlər.
Axar.az xəbər verir ki, bu barədə “Delfi” portalı məlumat yayıb.
Məlumata görə, Estoniya hakimiyyəti jurnalistlərin Rusiyadan gəldiyi iddia edilən pulları sanksiyaya məruz qalan şəxsə təhvil verdiklərini, həmçinin AB-nin martın 1-də sanksiyalar tətbiq etməsindən sonra “Sputnik Meedia”nın fəaliyyətini davam etdirdiklərini düşünür. Jurnalistlərin həmkarları bildiriblər ki, saatlarla aparılan axtarışlardan sonra onlarla əlaqə saxlamaq mümkün olmayıb.
Qeyd edək ki, martın əvvəlində Estoniyanın “Sputnik Meedia” informasiya portalı bağlandığını elan edib.