Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Nehrəm qəsəbəsində 3 saylı tam orta məktəbdə aparılan inşaat işləri zamanı təhsil ocağına məxsus binanın çökməsi nəticəsində 3 nəfər həlak olub.
Bu barədə Modern.az-a Naxçıvan Muxtar Respublikası Xəstəxanasının reanimasiya şöbəsindən məlumat verilib. Bildirilib ki, dağıntılar altından 3 nəfərin meyiti çıxarılaraq, xəstəxananın morquna yerləşdirilib.
Xəsarət alanlardan bir nəfər reanimasiya şöbəsində yerləşdirilib. Hazırda onun müalicəsi davam etdirilir.
Ölən şəxslərin 24-30 yaşlı, məktəbin tikintisində iştirak edən fəhlələr olduğu bildirilir.