“Rusiya hakimiyyəti NATO-ya üzv ölkələrə zərbə endirməyi düşünmür. Məcbur edilmədiyi halda, Rusiya buna getməyəcək”.
İctimaiRey.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Amerikanın “PBS” telekanalına müsahibəsində “Ukraynadakı hərbi əməliyyat fonunda Rusiya bir NATO ölkəsini bombalamağı və ya qoşun yeritməyi zəruri hesab edəcək vəziyyətin yaranacağını düşünürmü?” sualına cavab olaraq verib.