Ukraynaya 17 milyard avro göndərilir

0

Avropa İttifaqı (Aİ) Ukraynadan olan qaçqınları dəstəkləmək üçün icma ölkələrinə 17 milyard avro ayırmaq niyyətindədir.

İctimaiRey.az TASS-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Aİ-nin Brüsseldə keçirilən sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, 17 milyardlıq vəsaitin 3,4 milyard avrosu sürətləndirilmiş əsaslarla ayrılacaq.

“Hazırda 10 milyona yaxın ukraynalı ya məcburi köçkündür, ya da ölkəni tərk edib. Onların təcili olaraq bizim köməyimizə ehtiyacı var”, – Ursula fon der Leyen qeyd edib.

Avropa Komissiyasının rəhbəri həmçinin vurğulayıb ki, Aİ Ukraynaya humanitar yardım göstərməkdə davam edir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »