Odessaya basqın etməyi planlaşdıran dəniz piyadaları öldürülüb.
Ukrayna hərbçiləri Rusiya dəniz piyada briqadasının komandirini öldürüb.
Bu barədə Odessa Regional Hərbi Administrasiyasının operativ qərargahının spikeri Sergey Bratçuk məlumat verib.
O qeyd edib ki, düşmənlər, o cümlədən Odessaya basqın etməyi planlaşdıran rus dəniz piyadaları indi Nikolayevlə Mariupol arasında hardasa “çürüyürlər”.
“Yaxşı xəbər var – Rusiya dəniz piyadalarının briqadasının komandiri məhv edilib”, – Bratçuk bildirib.
O, Ukrayna Silahlı Qüvvələrinə və öz doğma torpaqlarını işğalçılardan qoruyan hər kəsə təşəkkür edib. Bratçuk hər kəsə xoş gün və xoş xəbərlər arzulayıb. O, qələbəyə inandığını da əlavə edib.
“Ukraynalı qadınları zorlamağa cəhd edən, ukraynalı uşaqları öldürməyə çalışan hər kəslə belə olacaq. Onları bağışlamaq da yoxdur”, – Bratçuk bildirib.
Bundan əvvəl, mediyada Ukrayna hərbçilərinin məktəb avtobusunu ələ keçirərək, üzərini –Z- hərfi ilə rəngləyən rus əsgərlərini dayandırdığı xəbəri yayılıb.