SON XƏBƏR: Rus ordusu Kiyevdə ticarət mərkəzini vurdu! -FOTO

0

Səhər açılanda fotolarda hücumun böyüklüyü, dəhşəti məlum olub.

Ukraynanın işğalı zamanı Rusiya ordusu dünən axşam saatlarında paytaxt Kiyevdə ticarət mərkəzini vurub. Hücumda 8 nəfərin həyatını itirdiyi açıqlanarkən, can itkisinin arta biləcəyi ifadə edilir. Digər tərəfdən, alış-veriş mərkəzinin bombalanma sonrası görünüşü dəhşət doğurub.Rus ordusu Kiev'de AVM'yi vurdu! Saldırının boyutu gün ağarınca  fotoğraflarda ortaya çıktı - Dünya Haberleri

Rusiya Ukraynanın işğalında zorakılıqların həcmini günü-gündən artırır. Müharibə başlayandan bəri dinc əhalinin olduğu bölgələri bombalamaqdan çəkinməyən Rusiya ordusu dünən axşam saatlarında paytaxt Kiyevdə bir ticarət mərkəzini hədəfə alıb.

BOMBALARIN HƏDƏFİ AVM-DƏ HƏYAT İTKİSİ ARTIR

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti ötən gecə Rusiya ordusunun paytaxt Kiyevdəki ticarət mərkəzinə təşkil etdiyi hücumda 4 nəfərin öldüyünü, 1 nəfərin yaralandığını bildirib. Qısa müddət sonra, həyatını itirənlərin sayının 8 olduğu açıqlanıb.

MOLLUN SON VƏZİYYƏTİ DƏHŞƏT DOĞURUR

Digər tərəfdən, səhər saatlarında hücum bölgəsi kameralar tərəfindən lentə alınıb.

Sosial şəbəkələrdə minlərlə insan dinc əhaliyə atəş açan Rusiya lideri Putinə və Rusiyanın qarşısını ala bilməyən dünya liderlərinə etiraz edib.Rusya Kiev'de alışveriş merkezini vurdu, bilanço gittikçe ağırlaşıyor

RUSİYA HÜCUMLARINDA 115 UŞAQ ÖLÜB

Ukrayna Baş Prokurorluğunun verdiyi son açıqlamada 24 fevral hücumlarının başladığı gündən bu yana 115 uşağın həyatını itirdiyi, 148 uşağın yaralandığı bildirilib. Açıqlamada, Rusiya hərbçilərinin mülki infrastruktur və yaşayış məntəqələrinə qarşı həyata keçirdiyi hücumlarda 530 təhsil müəssisəsinin hədəf alındığı, 72-nin isə tamamilə məhv edildiyi bildirilib.

Rusiya hücumlarında 40-dan çox uşaq müəssisəsi, o cümlədən tibb mərkəzləri, incəsənət məktəbləri, idman obyektləri və kitabxanalar dağıdılıb və ya yararsız hala düşüb.Rusya Kiev'de alışveriş merkezini vurdu, bilanço gittikçe ağırlaşıyor

RUS ORDUSU 15 MİN ƏSGƏRİ, 97 TƏYYARƏ, 121 HELİKOPTER, 498 TANK İTİRİB

Ukrayna Baş Qərargahı fevralın 24-dən martın 21-dək Rusiya ordusunun itkiləri ilə bağlı məlumatları paylaşıb.

Müvafiq olaraq, Ukraynaya hücum edən Rusiya ordusundan təxminən 15 min əsgər öldürülüb, ruslara məxsus 97 təyyarə, 121 helikopter, 498 tank, 1535 zirehli maşın, 240 top, 80 reaktiv sistem və 45 hava hücumundan müdafiə sistemi məhv edilib.

Rusiya qüvvələri həmçinin 969 maşın, 3 yüngül sürətli qayıq, 60 yanacaq daşıyan maşın və 24 pilotsuz uçuş aparatını (PUA) itirib.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »