Portuqaliyanın “Benfika” komandasında çıxış edən ukraynalı futbolçu Roman Yaremçuk “Ayaks” matçında qol vurduqdan sonra, Rusiyaya etiraz edib. Yaremçuk qol zəfəri zamanı formasını çıxararaq, ölkəsinə dəstəyini nümayiş etdirib.
Rusiya-Ukrayna müharibəsi futbola da sıçradı. “Benfika”nın ukraynalı futbolçusu Roman Yaremçuk “Ayaks” matçında Rusiyaya reaksiya verib.
Çempionlar Liqasında “Ayaks” matçında komandasının ikinci qolunu vuran Yaremçuk qoldan sonra köynəyini çıxarıb və üzərində Ukrayna Dövlət Gerbi olan köynəklə ölkəsinə dəstəyini nümayiş etdirərək, Rusiyaya etiraz edib. Komanda yoldaşları və tribunadakı azarkeşləri ukraynalı futbolçunun bu hərəkətini dəstəkləyib.
Matçdan sonra PAYLAŞIMI
“Ayaks” matçından sonra, paylaşım edən 26 yaşlı futbolçu “Mən ukraynalıyam və bununla fəxr edirəm. Vətənimdən minlərlə kilometr uzaqda, indi öz vətənində gərgin olan hər kəsə dəstək olmaq istəyirəm. Birləşmək vaxtıdır. Bu, bizim ölkəmiz, tariximiz, mədəniyyətimiz, xalqımız və sərhədlərimizdir. Cəsarətlərinə görə müdafiəçilərimizə təşəkkür etmək istəyirəm. Ukraynaya təşəkkür edirəm” deyib.
ZİNÇENKODAN REAKSİYA
Digər ukraynalı futbolçu Aleksandr Zinçenko da Rusiyaya münasibət bildirib. “Mançester Siti”nin futbolçusu paylaşıb ki, “Mənim ölkəm ukraynalılara məxsusdur və heç kim heç vaxt buna iddia etməyəcək. Biz onu heç vaxt verməyəcəyik. Fikrimi kdən yan qala bilmərəm. Dünya mənim ölkəmdəki vəziyyətdən narahatdır. Mənim doğulduğum, böyüdüyüm, beynəlxalq idman arenasında öz rənglərini qoruduğum ölkə. Ucaltmağa, inkişaf etdirməyə çalışdığımız ölkə. Sərhədləri toxunulmaz, qalmalı olan ölkədir”.
“BİRBİRLİK OLMALIYIQ”
Ukraynalı məşqçi Andriy Şevçenko “Ukrayna mənim vətənimdir! Hamımız üçün çətin günlərdəyik, amma bir olmalıyıq. Birlikdə qalib gələcəyik” şərhini verib.