Zurabişvili:  Gürcüstan  Ukrayna xalqının yanındadır

0

Gürcüstan prezidenti Rusiyanın Ukraynaya hərbi müdaxiləsini tənqid edib

Gürcüstan hakimiyyəti Ukrayna xalqı ilə həmrəy olduğunu bildirib.

Gürcüstan prezidenti Salome Zurabişvili Rusiyanın Ukraynaya hərbi müdaxiləsini tənqid edib.

İctimairey.az xəbər verir ki, bu barədə  Gürcüstan prezidenti tvitter səhifəsində yazıb – “Gürcüstan xalqı Rusiyanın Ukraynaya təcavüzündən şoka düşüb. Biz Ukrayna xalqı ilə həmrəyik və hərbi əməliyyatları dayandırmağa çağırırıq. Yaşasın Ukrayna!”.

Rusiyanın Ukraynadakı hərəkətlərini Gürcüstanın baş naziri İrakli Qaribaşvili də pisləyib.

“Gürcüstan Ukraynanı dəstəkləyir. Suveren ölkəyə hərbi hücum qəbuledilməzdir. Biz beynəlxalq ictimaiyyəti Rusiyanın beynəlxalq asayişi kobud şəkildə pozmasını dayandırmaq və hərbi gərginliyin daha da artmasının qarşısını almaq üçün, bütün mümkün tədbirləri görməyə çağırırıq”, – Gürcüstanın baş naziri Twitter-də yazıb.

 216 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »