Gürcüstan prezidenti Rusiyanın Ukraynaya hərbi müdaxiləsini tənqid edib
Gürcüstan hakimiyyəti Ukrayna xalqı ilə həmrəy olduğunu bildirib.
Gürcüstan prezidenti Salome Zurabişvili Rusiyanın Ukraynaya hərbi müdaxiləsini tənqid edib.
İctimairey.az xəbər verir ki, bu barədə Gürcüstan prezidenti tvitter səhifəsində yazıb – “Gürcüstan xalqı Rusiyanın Ukraynaya təcavüzündən şoka düşüb. Biz Ukrayna xalqı ilə həmrəyik və hərbi əməliyyatları dayandırmağa çağırırıq. Yaşasın Ukrayna!”.
Rusiyanın Ukraynadakı hərəkətlərini Gürcüstanın baş naziri İrakli Qaribaşvili də pisləyib.