Tatoyan bununla bağlı ER hakimiyyətinin Ermənistan və Azərbaycanın sərhəddən “qoşunların aynalı çıxarılması” ilə bağlı mövqeyini tənqid edib.
Ermənistanın ombudsmanı Arman Tatoyan Ermənistan və Azərbaycan qoşunlarının sərhəddən çıxarılması ilə bağlı ER hakimiyyətinin mövqeyini tənqid edib.
“Hökumət “aynalı çıxarmaq” nə demək olduğunu ictimaiyyətə, ətraflı izah etməyə borcludur. Bu, bizim hamımız üçün təhlükəsizlik məsələsidir. Heç kimin siyasi proseslərin kölgəsində nəyisə gizlətməyə haqqı yoxdur. Mən konkret olaraq sənin bu mövqeyini şübhə altına alıram. ” Tatoyan deyib.
O qeyd edib ki, ilkin olaraq Azərbaycanın təklifdən imtina edəcəyi bəlli idi, çünki Ermənistan yaşayış məntəqələrində öz mövqelərini saxlayacaq, qarşı tərəfdə isə, yaşayış məntəqələri yoxdur və belə bir geri çəkilmə onlar üçün sərfəli deyil.
Tatoyan həmçinin yüksək rütbəli məmurların “Syunik təhlükəsizdir”, “Onlar (Azərbaycan) heç nə edə bilməz” kimi təhlükəli, onun sözlərinə görə, bəyanatlarını da tənqid edib.
“Çox məsuliyyətli məmurlardan biri deyit ki, demilisiya və demarkasiya olmadan, bu məsələnin artıq həll olunduğunu güman etmək olar. Təsəvvür edirsiniz ki, o, nə deyir? Onun belə bir hüquqi statusu varmı ki, belə şeylər desin? Kim belə səlahiyyət verib ona? Bu vətəndaşlarımızın hüquqlarını təhdid edir “Alternativ yolu tərifləyirlər – Qafandan təzə qayıtmışam. Yeni çəkilən yol da alternativ deyil. Yol görünən yerlərə xüsusi baş çəkmişəm. Ayrı-ayrılıqda fotoşəkillərlərini çəkmişəm , biz bu məlumatı dərc edəcəyik”, – İnsan Hüquqları Müdafiəçisi bildirib.
Tatoyan onu da bildirib ki, Sünikdə hazırlıqlı arxa cəbhə yoxdur və qoşunların hara çıxarılacağı bəlli deyil.
“Azərbaycan təcavüzkar, düşmənçilik siyasətini bir zərrə qədər azaltmayıb. Biz təhlükəsizliyə təminat verə bilərikmi? Orada daimi beynəlxalq monitorinqlər aparılsa belə, kəndlilərimizin hüquqları necə olacaq? Əgər monitorinqlər fasilələrlə aparılırsa, o zaman təhlükəsizlik məsələsi necə olacaq? Daim vətəndaşlarımızın təhlükəsizliyi ilə oynayan o məmurlar kimdir?” – deyə sual edir.
Ombudsman bəyan edib ki, düşmən Ermənistanın torpaqlarını, evlərini, əkin sahələrini, otlaq sahələrini işğal edib, evlərə baxır, yollara nəzarət edir, su təchizatında problemlər yaradır, Ermənistan hakimiyyəti isə, yalnız hərbi-siyasi müstəvini nəzərə alaraq, sərhədi, insanların hüquqları uğrunda mübarizə imkanları məhdudlaşdırır.