Gəncə Avtomobil zavodunun mühafizəçisi QƏFİL ÖLDÜ

0

Gəncə şəhəri ərazisində yerləşən avtomobil zavodunda mühafizə xidmətində çalışan E.Yusibovun zədə alması nəticəsində vəfat etməsi ilə bağlı informasiyalar ictimailəşdirilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, yayılmış həmin informasiyalarla bağlı bildiririk ki, fevralın 23-də gecə saat 3 radələrində 1982-ci il təvəllüdlü Elçin Yusibov iş yerində səhhətinin pisləşməsi səbəbindən xəstəxanaya aparılıb, göstərilmiş tibbi yardımlara baxmayaraq, “qəfləti koronal ölüm” diaqnozu ilə vəfat edib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, ərazidə olan təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərə baxış keçirilib.

Hazırda şəhər prokurorluğunda araşdırma davam etdirilir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »