SON XƏBƏR: Çanaqqala boğazı üzərindəki asma körpü açılmağa hazırdır

0

Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Asiyadan Avropaya “Çanaqqala 1915” körpüsündən keçib.

İctimairey.az Anadolu Agentliyyinə istinadən bildirir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu şənbə günü açılışa hazır olan 4608 metrlik “Çanaqqala 1915” körpüsü ilə Çanaqqala boğazından keçib.

Nazir jurnalistlərin müşayiəti ilə Asiyadan Avropaya gedən asma körpünü 70 dəqiqə ərzində keçib.

“1915-ci ildə bütün dünyanın türk xalqının epik qəhrəmanlığının şahidi olduğu Çanaqqala yarımadasında olmağıma şadam. Həmin döyüşün iştirakçıları Çanaqqala (Dardanel) boğazının Türkiyə düşmənləri üçün keçilməz olduğunu sübut etdilər. Amma söhbət dostluq, qardaşlıq, ticarət, turizm və firavanlıqdan gedirsə, Çanaqqala boğazını avtomobillə rahatlıqla cəmi 6 dəqiqəyə keçmək olar”, – deyə nazir bildirib.

Onun sözlərinə görə, boğazın iki tərəfini ilk dəfə birləşdirən “Çanaqqala 1915” körpüsünün açılışı tarixi bir an olacaq.

“Son onilliklər ərzində Türkiyə hakimiyyəti Boğaziçi altındakı Marmaray və Avrasiya tunelləri, İstanbul hava limanı, Yavuz Sultan Səlim və Osmanqazi asma körpüləri kimi bir sıra meqa layihələri uğurla həyata keçirib. Biz nəqliyyat və logistikanın yeni tarixini yazırıq. Bir həftə sonra, 26 fevral 2022-ci ildə Çanaqqala boğazından keçən körpü də türk xalqının ixtiyarına veriləcək. Malkara-Çanaqqala avtomobil yolunun və “Çanaqqala 1915” körpüsünün tikintisinin dəyəri 2 milyard 545 milyon avro təşkil edib”, – deyə Karaismailoğlu bildirib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »