İran İslam Respublikasının baş konsulu Əhməd Hüseyni və Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gül Məhəmmədli hava nəqliyyatı sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
İctimairey.az xəbər verir ki, bu görüşdə M.Məhəmmədli Naxçıvan hava limanındakı son vəziyyətdən danışıb, İranın bəzi hava limanları ilə əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib.
Hüseyni həmçinin İran və Naxçıvan arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi üçün səylərin göstərildiyini bildirib.