SON DƏQİQƏ: Rusiya ABŞ səfirinin müavinini ölkədən çıxardı

0

Moskva ABŞ səfirinin müavini Bart Qormanı Rusiyadan qovub.

İctimairey.az xəbər verir ki, bu barədə Rusiyadakı ABŞ səfirliyi səfir müavini Bart Qormanın Moskvadan qovulduğunu açıqlayıb

Diplomatik missiyanın sözçüsü Ceyson Rebholz deyib: “Qorman ABŞ-ın Moskvadakı səfirliyində səfirdən sonra ikinci ən yüksək vəzifəli məmur və səfirliyin yüksək səviyyəli rəhbərliyinin əsas üzvü idi”.

Qormanın qovulması ABŞ səfiri Con Sallivanın Rusiya Xarici İşlər Nazirliyinə səfərindən sonra məlum olub. Bildirilib ki, o, 15 dəqiqədən sonra heç bir açıqlama vermədən idarənin binasını tərk edib.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva ABŞ-ın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinə fevralın 17-də cavab göndərməyə hazırdır. Onun sözlərinə görə, cavab Vaşinqtona göndərildikdən bir neçə saat sonra dərc olunacaq.

Fevralın 16-da ABŞ Dövlət Departamenti dövlət katibi Entoni Blinkenin Lavrovla “vaxtında” görüşməyə hazır olduğunu açıqlayıb. Bir gün əvvəl Blinken Lavrova zəng edib. Söhbət zamanı rusiyalı nazir təhlükəsizlik təminatları üzrə birgə işin davam etdirilməsinin vacibliyini vurğulayıb.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »