Robert Köçəryan:Üçüncü prezitentlə mübarizə aparacağam ki, Qarabağ Azərbaycanın olmasın.
-Üçüncü prezident Serj Sarkisyan döyüşəcək ki, Qarabağ Azərbaycanın tərkibində olmasın, mən də döyüşəcəm ki, belə olmasın, mən hər şeyi edəcəm, amma indiki Ermənistan hakimiyyəti adından danışa bilmərik.” Bunu fevralın 17-də mətbuat konfransında Ermənistanın ikinci prezidenti Robert Köçəryan deyib.
Robert Köçəryan bildirib ki;
“Bəli, bəlkə də Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyü tanınmadan bağlana bilməyəcək bir razılaşma növü hazırlanır. Bu isə Qarabağın sonu olacaq”, Robert Koçaryan deyib.
O, Serj Sarkisyanın da dediyini xatırladıb: Qarabağ Azərbaycanın tərkibində olmayacaq.
Əgər Ermənistan hakimiyyəti ərazi bütövlüyü variantı ilə razılaşarsa, o zaman Köçəryanın fikrincə, Qarabağda qısa müddət ərzində erməni qalmayacaq və indiki hakimiyyətin fikrincə isə, Qarabağ artıq Azərbaycanın tərkibində olmalıdır. “Biz bu variantı istisna etməliyik. Erməni xalqı heç vaxt bununla razılaşmamalıdır, bunun qarşısını almaq üçün mübarizə aparmalıyıq. Arqumentimiz belədir: Sumqayıt hadisələri göstərdi ki, ermənilərin Azərbaycanda yaşaması qeyri-mümkündür, onların həyatı və təhlükəsizliyi üçün təhlükədir. 44 günlük müharibə bunu daha da təsdiqlədi.
“Mən heç vaxt Qarabağın Azərbaycanın tərkibində olması variantı ilə bağlı danışıqlar aparmamışam. Mən Qarabağı ümumiyyətlə Azərbaycanın bir hissəsi kimi görmürəm”, – Ermənistanın ikinci prezidenti əlavə edib.