Yolu bağlayan TIR sürücüsü həbs olundu

0

Bakıda Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə etiraz əlaməti olaraq yolu bağlayan TIR sürücüsü Rəmiş Cəfərov həbs olunub.

Onun barəsində 15 sutka həbs qərarı çıxarılıb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı açıqlamada da bildirilir.

Qeyd edək ki, bu gün səhər saatlarında 4 yük maşını Heydər Əliyev prospektində yolu bağlamışdı. “R-Group” şirkətinin sürücüləri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayevə və şöbə müdiri Malik Əliyevə etiraz edirdilər. Onlar TIR-lardan birinin üzərinə “bizi bu həddə çatdıran Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyev! İcazə vərəqələrini verin. Məhsullar xarab olmaq üzrədir. Müflis olmuşuq!” ifadələrini yazıblar.

TIR-ların yolu bağlı saxlaması nəticəsində nəqliyyatın hərəkətində bir müddət böyük tıxac yaranıb. Sonradan Dövlət Yol Polisi İdarəsinin əməkdaşları yolda nəqliyyatın hərəkətini bərpa ediblər.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »