SON DƏQİQƏ: Müharibə hazırlığı?

0

ABŞ və Rusiyanın Ukraynadakı səfirlikləri də boşaldılır. Ukrayna hökumətinin sakitliyə çağırdığı bir vaxtda Rusiyanın mümkün işğalı ilə bağlı qorxular artır.

Ukrayna böhranının müharibəyə çevrilməsi ehtimalı ilə bağlı narahatlıqlar artsa da, bölgədən gələn xəbərlər bu ehtimalı artırır. Ukraynada həm Rusiya, həm də ABŞ səfirliklərinin boşaldılmasına başlanıldığı barədə məlumatlar var.

Qərb kəşfiyyat rəsmiləri Rusiyanın Ukraynanı işğal etməyə hazır olduğu barədə xəbərdarlıq edərkən, ABŞ-ın Kiyev səfirliyini boşaltmağa başladığı bildirilib. Associated Press-ə danışan, adının açıqlanmasını istəməyən səlahiyyətlilər, ABŞ-ın ölkədəki diplomatik varlığını davam etdirməsi üçün, bir qrup diplomatı ölkənin ən qərb ucqarına göndərib; Bildirdilər ki, Polşa sərhədinə göndərilə bilər.

Rusiya mətbuatı da oxşar xəbərlərə yer verir. “Rusiya diplomatları və konsulluq işçiləri Ukraynanı tərk edərək, Rusiyaya qayıtmağa başlayıblar”, – deyə mənbələr RİA Novosti-yə bildiriblər. Konsulluq və səfirliklərə qəbul üçün qeydiyyatdan keçməkdə çətinliklərin olduğu bildirilir.

Ukrayna Xarici İşlər Nazirliyi isə öz vətəndaşlarını sakitliyə, sabitliyi pozan və panika yaradacaq hərəkətlərdən çəkinməyə çağırıb. Bəyanatda Ukrayna ordusunun hadisələri daim izlədiyi və Ukraynanın ərazi bütövlüyü və suverenliyinin hər cür pozulmasına qarşı durmağa hazır olduğu bildirilib. “Düşmənlərimizin ən yaxşı dostu ölkəmizdəki panikadır və bütün bu məlumatlar sadəcə panika yaradır, bizə kömək etmir”, – deyə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

Rusiya isə bu bəyanatların “gərginliyi artırmaq üçün hiylə” olduğunu iddia edir. Moskvaya qarşı koordinasiyalı informasiya hücumunun həyata keçirildiyini qeyd edən Rusiya Xarici İşlər Nazirliyi Qərb mediasının Rusiyanın Ukraynaya hücum edəcəyi iddiasını ehtiva edən əsassız xəbərlər yaydığını açıqlayıb.

Müttəfiqlər görüşdülər

Digər tərəfdən, Rusiyanın mümkün işğalına qarşı müttəfiqlərin danışıqları davam edir. Cümə günü ABŞ prezidenti Bayden Almaniya kansleri Olaf Şolz, Fransa prezidenti Emmanuel Makron və NATO-nun baş katibi Yens Stoltenberq də daxil olmaqla, avropalı müttəfiqləri ilə videokonfrans vasitəsilə məsləhətləşmələr aparıb. Bölgədə vəziyyətin çox ciddi olduğu və Qərb müttəfiqlərinin mümkün işğala qarşı dərhal və sərt sanksiyalarla cavab verməyə razı olduqları bildirilib.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Rusiya-Ukrayna böhranının kəskinləşməsindən sonra, ötən gün Polşaya əlavə 3000 hərbçi göndərilməsi barədə göstəriş verib. Bayden daha əvvəl Almaniyada yerləşən 1000 ABŞ əsgərinin Rumıniyaya, 18-ci Hava Desant Korpusundan 300 əsgərin Almaniyaya, 82-ci Hava Desant Diviziyasından isə 1700 əsgərin Polşaya göndərilməsi barədə göstəriş verib. Birləşmiş Ştatlar həmçinin NATO Cavab Qüvvələrinin işə salınacağı təqdirdə 8500 əsgərini Avropaya göndərmək üçün hazırlıq vəziyyətinə salıb. Rusiya Müdafiə Nazirliyi 30-dan çox hərbi gəminin hərbi təlimlər üçün, Qara dənizə daxil olduğunu açıqlayıb. Rusiyanın Belarusdakı geniş təlimləri davam edir.

NATO çərçivəsində Bolqarıstana gələn İspaniyaya məxsus Eurofighter təyyarələri ola biləcək gərginliyə hazırlaşır. Digər tərəfdən Rusiya Müdafiə Nazirliyi 30-dan çox döyüş gəmisinin hərbi təlimlər üçün Qara dənizə girdiyini açıqlayıb.

Bayden və Putin arasında 1 saatlıq söhbət

ABŞ prezidenti Co Bayden ilə Rusiya prezidenti Vladimir Putin arasında 1 saat 2 dəqiqə davam edən telefon danışığı olub. Ağ Evdən görüşlə bağlı verilən açıqlamada, “Rusiya Ukraynaya daha da təcavüz edərsə, ABŞ müttəfiqləri ilə birlikdə qəti şəkildə cavab verəcək və işğal nəticəsində Rusiyaya ciddi xərclər vurulacaq” deyib. Həmçinin bəyanatda Bayden, Rusiyanın Ukraynaya növbəti işğalının geniş humanitar iztirablara səbəb olacağını və Rusiyanın reputasiyasına xələl gətirəcəyini təkrarlayıb və Birləşmiş Ştatlar prezident Putinlə diplomatiyaya üstünlük verməyə hazır olsa da, müttəfiqləri ilə bu, digər ssenarilərə də eyni dərəcədə tətbiq olunmasına hazır olduğunu dediyi bildirilir.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »