Fələstin prezidenti Almaniyanın xarici işlər nazirini qəbul edib.
Fələstin prezidenti Mahmud Abbas beynəlxalq ictimaiyyəti fələstinlilərə qarşı qanunsuz hərəkətləri dayandırmaq üçün, İsrailə təzyiq göstərməyə çağırıb.
İctimairey.az WAFA xəbər agentliyinin məlumatına görə bildirir ki, Ramallahda Almaniyanın xarici işlər naziri Annalena Berbock ilə danışıqlar zamanı qeyd edib ki, İsrailin hərəkətləri Yaxın Şərqdə sülh səylərinə zərbə vurur, münaqişənin “iki dövlət üçün iki xalqlar” prinsipi əsasında həllinin uğurunu gecikdirir.
Fələstin lideri bu cür qanunsuz hərəkətləri dayandırmaq üçün Almaniya, Aİ və beynəlxalq ictimaiyyətin Təl-Əvivə təzyiq göstərməsinin vacibliyini vurğulayıb.
Abbas İsrailin fələstinlilər arasında düşmənçilik toxumu səpmək cəhdləri fonunda xalqının mövcud vəziyyəti heç vaxt qəbul etməyəcəyini vurğulayıb.
Börbok öz növbəsində qeyd edib ki, Berlin sülhü qorumaq və “iki xalq üçün iki dövlət” prinsipi əsasında danışıqları irəli aparmaqla bağlı öhdəliklərinə sadiqdir.
O, Almaniyanın Fələstin xalqına iqtisadi yardımı davam etdirəcəyinə inandırıb.