SON XƏBƏR: Ottavada etirazlara görə fövqəladə vəziyyət elan edilib

0

Ottava administrasiyası yük maşınlarının koronavirus məhdudiyyətlərinə qarşı etirazları ilə əlaqədar şəhərdə fövqəladə vəziyyət elan edib.

“Fövqəladə vəziyyətin elan edilməsi davam edən nümayişlərin şəhər sakinləri üçün yaratdığı ciddi təhlükəni və təhlükəsizlik təhdidini əks etdirir və digər yurisdiksiyaların və hökumət səviyyələrinin dəstəyinə ehtiyac olduğunu vurğulayır” – mer Cim Vatson bildirib.

İctimairey.az yerli CBC telekanalına istinadən xəbər verir ki, daha əvvəl mer bildirib ki, Ottava hakimiyyəti və polisi artıq etirazlarla bağlı vəziyyətə nəzarət etmir. Polis rəisi Peter Sloli də fevralın 5-də nümayişi dayandırmaq üçün, işçi qüvvəsinin olmadığını etiraf edib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, şənbə günü yerli sakinlər və başqa şəhərlərdən gələn vətəndaşlar istirahət günü aksiyaya qoşulduğundan etirazçıların sayı 5 min nəfərə çatıb.

Nümayişçilər federal və regional hakimiyyət orqanlarından pandemiya ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırmağı tələb edirlər.

Qeyd edək ki, Kanadanın Baş naziri Castin Trüdo və ailəsi təhlükəsizlik səbəbi ilə yanvarın 29-da paytaxt iqamətgahını tərk ediblər və bazar ertəsi isə, koronavirusa yoluxduğunu bildirib. O, Ottavada etirazçılarla danışıqlara girmək niyyətində olmadığını bildirib və onları marjinal azlıq adlandırıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »