Rusiya sərhədi yaxınlığında naməlum hərbi təyyarə “təhlükəli manevr” edib.
“Bir neçə saat əvvəl naməlum hərbi təyyarə Rusiya sərhədindən nisbətən qısa məsafədə təhlükəli manevr edərək, Sevastopol hücumunu simulyasiya edib”, – məlumatda deyilir. Mediyanın məlumatına görə, təyyarə ABŞ Hərbi Hava Qüvvələrinin Boeing RC-135W hərbi kəşfiyyat təyyarəsi ilə birgə fəaliyyət göstərib.
Təyyarə beş min metr yüksəklikdə uçub. Naməlum təyyarə Rusiya hava məkanına daxil olmayıb.
Daha əvvəl bildirilmişdi ki, Amerikanın E-8 Joint STARS kəşfiyyat təyyarəsi dekabrın 30-da səhər saatlarında Ukraynanın şərqi üzərində son günlər ikinci uçuşunu həyata keçirib. Uçuş Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Baydenin söhbətindən bir neçə saat əvvəl həyata keçirilib.