Tacikistan və Qırğızıstanın sərhəd qoşunları Qırğızıstanın Batken vilayətinin Tort-Koço bölgəsində bir qrup insanın yolu bağlamasından sonra qarşılıqlı atəşə başlayıb. Tərəflər münaqişənin qızışmasında bir-birini günahlandırır.
İctimairey.az xəbər verir ki, atışma Qırğızıstanın Kok-Taş kəndindəki sərhəd zastavasında baş verib. Həmçinin bildirilib ki, Tacikistan sərhədçiləri Tort-Koço və Üç-Dobo ərazilərində minaatan və qumbaraatanlardan istifadə ediblər.
Yerli vaxtla gecə yarısı Qırğızıstanın sərhəd xidməti sərhədin iki hissəsində atəşin dayandığını, digər iki hissəsində isə vaxtaşırı “atəş səslərinin eşidildiyini” bildirilir.
Qırğızıstanın Sərhəd Xidməti də tərəflərin danışıqlar apardığını bildirib. Onlarda Qırğızıstan prezidentinin Batken vilayəti üzrə nümayəndəsi və Tacikistanın Suqd vilayətinin qubernatoru, eləcə də hər iki tərəfin sərhəd mühafizəsinin nümayəndələri iştirak edirlər. “İnterfaks” Qırğızıstan sərhəd xidmətinə istinadən daha əvvəl məlumat vermişdi ki, yerli vaxtla saat 22:30-da Tacikistan sərhədçiləri və hərbçiləri qırğızların mövqelərini vaxtaşırı atəşə tutmaqda davam edirlər.
Tacikistan sərhəd xidməti insidentdə Qırğızıstan tərəfini günahlandırır və digər məsələlərlə yanaşı, qırğızların Tacikistan ərazisini minaatanlardan atəşə tutduğunu bəyan edib.
Departamentin rəsmi “Xovar” xəbər agentliyinin saytında yerləşdirilən bəyanatında deyilir ki, Qırğızıstan sərhədçiləri “Mövcud atıcı silahlardan Tacikistan Respublikasının mülki əhalisinə atəş açıblar”. Mülki sakinlər və sərhədçilər arasında itkilər var”, – deyə məlumatda bildirilir.
Düşənbənin bildirdiyinə görə, “yerli sakinlərə, nəqliyyat vasitələrinə və müxtəlif infrastruktur obyektlərinə” intensiv atəş açılıb. “Pilotsuz uçuş aparatlarının uçuşu Tacikistan Respublikasının hava məkanını pozmaqla qeydə alınıb”, – sərhəd xidməti də bildirib.
Buna cavab olaraq Qırğızıstan pilotsuz təyyarələrdən istifadə ilə bağlı ittihamları rədd edərək, onun hava məkanını məhz Tacikistanın pozduğunu bildirib. “Bu yaxınlarda Qırğızıstan ərazisində kəşfiyyat məqsədilə PUA-lardan istifadə edən Tacikistan sərhədçiləri olub”, – Qırğızıstan sərhəd xidməti bildirib.
Qırğızıstanın Səhiyyə Nazirliyi dörd yaralı sərhədçi barəsində məlumat verib. Düşənbədən onlar 11 yaralı və bir mülki vətəndaşın öldüyünü bildirirlər: Tacikistanın “Asia-plus” xəbər agentliyinin məlumatına görə, Somoniyon kənd sakini “Qırğızıstan tərəfdən atılan mərmi”nin evinə dəyməsi nəticəsində ölüb.
“Qırğızıstan və Tacikistan sərhəd qoşunlarının bölmələri arasında əsas atışmalar Tort-Koço və Çir-Dobo ərazilərində gedir. Tacikistan tərəfi minaatanlardan və qumbaraatanlardan istifadə edir”, – Qırğızıstan hakimiyyətinin başqa bəyanatında deyilir.
Onlar həmçinin iddia ediblər ki, Tacikistan ordusunun mövqelərində piyadaların döyüş maşınları müşahidə edilib.
Müstəqil mənbələrdən zirehli texnika və minaatanlardan istifadə ilə bağlı məlumatın təsdiqi və ya təkzibi hələlik yoxdur.
Qırğızıstan prezidentinin nümayəndəsi bildirib ki, hakimiyyət sərhədyanı kəndlərin sakinlərini Batken şəhərinə və Ravat kəndinə təxliyə edir.