Onkologiyanın yüksək texnoloji sahələri üzrə aparıcı ekspert, tibb elmləri doktoru, tanınmış rusiyalı cərrah və koloproktoloq Rasim Təmrazov Tümen şəhərində Tibb sahəsinə rəhbərlik edir.
R.Təmrazov 25 il Rusiya Federasiyası Səhiyyə Nazirliyinin N. Blokhin adına Milli Tibbi Tədqiqat Onkologiya Mərkəzində çalışıb. O, ordinatorluqdan başlayaraq, onkologiyanın yüksək texnologiyalı sahələrində aparıcı mütəxəssisə çevrilən bir həyat ylu keçib. O, Rusiya Kolorektal Xərçəng Mütəxəssisləri Cəmiyyətinin yaradıcılarından biridir.
Təmrazov Rasim İlham oğlu cərrah, istedadlı onkoloqdur. Onun hesabında retroperitoneal boşluq, qarın və çanaq boşluğunun onkologiyasının müalicəsinə yönəlmiş minlərlə əməliyyat var. Doktor Təmrazov bir çox cərrahi üsulları, o cümlədən laparoskopik girişlə müşayiət olunan cərrahiyyə üsullarını mükəmməl bilir.
Həkimin rəhbərliyi altında həkimlər üçün “Kolorektal xərçəngə dair qısa bələdçi” təcrübə nəşri, həmçinin Böyük Britaniya və İrlandiya Koloproktoloqlar Assosiasiyasının “Kolon xərçənginin yoğun bağırsaqda müalicəsi üçün tövsiyələr”i rus dilində nəşr edilmişdir.
R.Təmrazov rusiyalı cərrahlar, onkoloqlar, proktoloqlar üçün bir sıra təhsil proqramları və ustad dərsləri, həmçinin xərçəng xəstələri üçün təlim proqramları hazırlayıb. 90-dan çox elmi əsərin müəllifidir.
2021-ci ildə həkim R.Təmrazov ən böyük tibb müəssisələrindən birinə rəhbərlik etmək və regionda onkoloji yardımın inkişafını davam etdirmək üçün, Tümen vilayətinə dəvət olunub. Yanvarın 24-dən Rasim Təmrazov DMSM (Dövlət Muxtar Səhiyyə Müəssisəsi) “Tibb Şəhəri”-in direktoru vəzifəsini icra edir.
Şakir NƏSİROV Tarixçi, jurnalist. Tümen şəhəri