Prezident İlham Əliyev Vətən müharibəsi veteranları ilə əlaqədar ötən ilin axırlarında Sərəncam imzalayıb. Həmin Sərəncama uyğun olaraq hazırda Vətən müharibəsi iştirakçılarının siyahısı onların qulluq etdikləri qurumlar tərəfindən müəyyən olunur və Nazirlər Kabineti ilə razılaşdırılandan sonra “Zəfər” altsisteminə daxil edilir.
İctimairey.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.
Onun dediyinə görə, bundan sonra onlara təyin edilən veteran təqaüdünün təyinatı aparılacaq. Hazırda proses davam edir. Yaxın vaxtlarda təyinatların və ödənişlərin aparılması təmin ediləcək.