Qış fasiləsində “Neftçi”nin müqaviləsini pozduğu legioner Harramiz Soares karyerasını yenidən Portuqaliyada davam etdirəcək.
İctimairey.az Sport24.az –a istinadən xəbər verir ki,, San-Tome və Prinsipidən olan 32 yaşlı hücumameylli yarımmüdafiəçi sabiq klubu “Farense” ilə anlaşıb.
Harramiz 1,5 illik müqavilə imzalanacaq. 2014-16-cı illərdə “Farense”nin formasını geyinmiş Harramizin ölkəmizə gələnədək karyerası yalnız Portuqaliya klublarına bağlı olb. O, “Neftçi”yə keçən yay I liqanın çempionu kimi yüksək liqaya vəsiqə qazanan “Eştoril”dən gəlmişdi. Amma Soares “Neftçi”də əsas heyətdə möhkəmlənə, qol hesabını belə aça bilmədi