Təxminən 50 min kanadalı yük maşını Kanada-ABŞ sərhədində məcburi peyvəndlərə etiraz etmək üçün, Ottavaya hərəkət edir. Etirazların başlanması yanvarın 29-na təyin edilib.
İştirakçılar sosial şəbəkələrdə öz hərəkətlərinin məqsədini açıqlayıblar. Qarşıdan gələn aksiyanın miqyasına baxmayaraq, baş nazir Castin Trudeau yük maşınları üçün tələbi ləğv etməyib, lakin müxalifətin bu yolla siyasi kapital qazanmağa çalışdığını söyləyib.
Yanvarın 29-na kimi amerikalı yük maşınları da Kanadanın paytaxtına gələcək. Hətta peyvənd olunmuş sürücülər də aksiyada iştirak edirlər. Təşkilatçılar vaksinlərin vurulmasına qarşı deyil, “məcbur etmə siyasətinə və vətəndaşların kateqoriyalara bölünməsinə qarşı olduqlarını” vurğulayır.
Aksiya əhali tərəfindən geniş dəstəklənir. Yanvarın 14-dən kanadalılar yürüşdə iştirak edən sürücülərə benzin üçün, təxminən 5 milyon dollar toplayıblar, baxmayaraq ki, yük maşınlarının aksiyanı Həmkarlar İttfaqı dəstəkləməyib.