Həbsxanaya qardaşına sovqat – pati keçirdən yaxalandı

0

3 saylı İstintaq təcridxanasına psixotrop maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Seymur Aloksat oğlu Quliyevə qardaşı Xızı rayon sakini Orxan Aloksat oğlu Quliyev tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

İctimairey.az-a Pentiensiar xidmətdən verilən məlumata görə, bu zaman içərisindəki düyüdə xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 1,007 qram olan psixotrop maddə – metamfetamin (patı) aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »