Mənim növbəti elmi araşdırmalarımdan biridir.
Uzun illər Kür çayı ilə maraqlandığı üçün, 1954-cü il may ayının 7-də Kür çayını öyrənmək üçün Londondan tədqiqatçılar qrupu Azərbaycana gəlir. Bu qrupa ölkənin Mİ-6 kəşfiyyat polkovniki Nusey Helmes adlı, ixtisasca genetik olan bir mütəxəssis başçılıq edirdi. SSRİ MN-nin kəşfiyyat Generalı A.S Ananinin şəxsi qovluğunda maraqlı bir açıqlama olur. O General yazır ki, bu məsələni İngilislər hələ 1952-ci ildə qaldırmışlar. Lakin o vaxt ölkəyə başçılıq edən Stalin buna razılıq verməmiş, ingilislərin Azərbaycana gəlməsinə etiraz etmişdi.
Eyni zamanda həmin Generalın şəxsi qovluğunda olan “Məxvi Arayış”ında yazılırdı:
“Azərbaycan dünyanın ən güclü və müqəddəs torpaqlarından biridir”
İngilislər Kür çayını, onun məcarasını, sahillərində yaşayan insanları, “ailə və nəsil qruplarını öyrənmək və təstiq etmək üçün gəlmişdilər.”
Daha sonra general yenə qeyd edir: “Tətqiqatçılardan biri, ingilis alimi polkovnik Nisey Helmes ərəb dilini, İslamı gözəl bilirdi.”
İngilislər Kür çayının Yevlax yaşayış məntəqəsindən Sabirabad ərazisinədək olan yatağının məcarasını oxudular. (Bu yer “Suqovuşan” adlanırdı. Araz çayı ilə qovuşduqu yer olduğu üçün) İngilislər iddia edirdilər ki, Kür çayının Yevlaxdan Suqovuşan ərazisinədək uzanan məcarası ərəbcə yazılmış mükəmməl bir duadır.
Onun müqəddəsliyi də elə, ərəbcə yazılmış yatağındadır. Bu müqəddəs Quranın 2-ci surəsinin 255-ci ayəsində olan Allahın ən ehtiramlı dualarından olan “Ayətil-Kürsü” duası idi. Kür çayı “Ayətil-Kürsü” duası yazılmış bir yataqdan axırdı.
Bundan sonra, tədqiqat qrupuna başçılıq edən Nisey Helmes Kür çayının sahilində dizlərini yerə qoyub, ona sitayiş edirmiş. O həm də Kür çayının sahilində xeyli dayanıb və öz xalqına dualar edir.
Daha sonra məlum olur ki, Kürlə Araz çayının qovuşduğu ərazi məxvi sənədlərdə “Allahabad” adlanır. Bu ad ərazinin qədim adlarından biri olub.
Kür Araz çayı ilə o yerdə qovuşur ki, orada “Allah” sözü yazılır.
Ən maraqlısı da bu idi ki, həmin ingilislər “Ayətil-Kürsü”nü əzbərdən bilirdilər. Nisey Helmes iddia edirdi ki, “bu duanı bilən həmişə güclü və Kür çayı qədər cəsarətli olur.”
Bundan başqa araşdırma materiallarına görə, Kürlə Araz çayının qovuşduğu ərazidə ilk Azan səsi eşidilib.
İlk Azanı isə, indiki Əsgərbəyli yaşayış məntəqəsində Şeyx Şövqizadə adlı şəxs oxuyub. Digər bir araşdırma materialına görə, Kür və Araz çaları Azərbaycanın “Genetik xəritəsi”nə girmək və onu öyrənmək üçün bir açardır. Bu genetika Kürlə Araz çaylarının məcarasından başlayaraq, Xəzər dənizində bənd alır.
Məlumata görə, rus kəşfiyyat generalı, professor A.S Ananin ağır xəstəlikdən əziyyət çəkdiyyinə görə, işindən ayrılmalı olur. Ona iyirmi beş il susması və işi haqqında danışmamasını tapşırırlar. Bunun üçün ondan iltizam da alıblar. General isə, ömrünün sonuna kimi yaşamaq üçün, Kürlə Arazın qovuşduğu yerə gəlir. Əsgərbəyli yaşayış məntəqəsində yaşamaqa başlayır. O, ömrünün sonuna kimi burda yaşayır və 1957-ci ildə avqustun 22-sində vəfat edir. Öz vəsiyyətinə görə həmən kənddə dəfn olunur.
Rus generalı A.S. Ananin qeyd edibdi:
“Sanki Qurani-Kərimin bütün ayələri Azərbaycan torpaqına səpələnib. Bu torpağın sirri də bundadır. Bu sirri açmaq, öyrənmək üçün Azərbaycan torpaqlarının başına min bir fəlakət gəlib. Və bu fəlakət hələ də, bitmir. Çünki, bizlər bu torpağı, Allahın yaratdığı və bizim üçün ayırdığı bu müqəddəs məkanı, doğru-düzgün öyrənə bilmədik.”
AYƏTİL-KÜRSÜ DUASI
Allahdan başqa heç bir tanrı yoxdur. Əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa hamısı Onundur. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!
Bəqərə surəsi, 255
Aslan SƏFƏRLİ