Bu gün Azərbaycan ölən hərbçinin qalıqlarını Ermənistan tərəfinə təhvil verib.

0

İctimairey.az xəbər verir ki, bu barədə Xankəndindən qondarma Daxili İşlər Nazirliyinin Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.

“Azərbaycan daha bir ölmüş əsgərin cəsədini Ermənistan tərəfinə təhvil verib,  “Axtarışlar heç bir nəticə verməyib, lakin bu gün səhər saatlarında Şuşa şəhərində Azərbaycan tərəfi Vorotanda tapılan bir erməni əsgərinin meyitini Dövlət Fövqəladə Hallar Xidmətinə təhvil verib”, – məlumatda deyilir.

Qeyd olunur ki, mərhumun kimliyi məhkəmə-tibbi ekspertizasından sonra müəyyən olunacaq. Ümumilikdə, 2020-ci il noyabrın 13-dən indiyədək 1707 nəfərin cəsədi aşkar edilərək, şəxsiyyəti müəyyən edilib.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »